Şimali İranimiz
yaddan çixmaz
heç zaman
Az(şimali İran) ordusunda əsgər ölümləri davam edir
Azərbaycan Respublikası(Şimali İran ) ordusunda əsgərin müəmmalı ölümlərinin davamında Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edən Şimali İran ordusunun əsgəri yoldaşı tərəfindən açılan atəş nəticəsində həlak olub.
Rəsmi məlumatda Quba rayonunun Cek kənd sakini 20 yaşlı Cahangir Aydəmir oğlu Qaflanovun qatili əsgər yoldaşı bildirilsə də hələdə bu barədə şübhələr var.
Quba rayon hərbi komissarı Asif Nemətovun ANSPRESS-in bölgə müxbirinə verdiyi məlumata görə hadisə dünən səhər baş verib və əsgərin meyiti bu gün səhər doğulduğu kəndə gətirilib.
Asif Nemətov bildirib ki, cənazəni gətirən hərbçilər hadisənin əsgərlərin postda növbə dəyişərkən ehtiyatsızlıq nəticəsində baş verdiyini deyiblər!
2008-ci ilin iyul ayında Quba rayon hərbi komissarlığından hərbi xidmətə çağırılan Cahangir Qaflanov bu gün doğulduğu Cek kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Quba rayon hərbi komissarlığının və Quba rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı bildirilir.
Həmişəki kimi faktla bağlı araşdırmalar aparılır
Şimali İran-da anti-Sionist aksiyalar davam edir
Bakıda Demokrat partiyası bir bəyanat yayaraq, ABŞ-ın Sionist rejimin Qəzzə ilə bağlı mövqeyini pisləyib.
İRNA xəbər verir: Partiya yaydığı həmin bəyanatda, beynəlxalq təşkilatlardan bəzisinin Qəzzədə Sionist rejimin törətdiyi cinayətlərlə bağlı sükut etmələrini də pisləyərək beynəlxalq təşkilatlardan istəyib ki, Qəzzədə bu rejimin törətdiyi insan faciəsinin qarşısının alınması sahəsində əsaslı addım atsınlar.
Azərbaycan(Şimali İran ) Respublikasında digər ictimai qurum və təşkilatlar da Qəzzədə İsrail rejimi ordusunun törətdiyi cinayətləri pisləyərək, Qəzzədə ayırıcı bir yerdə sülhməramlı qüvvələrin yerləşdirilməsi ehtimalının təcavüzkar İsrail rejiminin mənafeyi uğrunda olması ilə izah ediblər.
Sionist İsrail rejimini xas hədəflərlə pisləyən partiya və siyasi qruplardan savayı Şimali İran-da xalq kütlələrinin İsrail rejimi ordusunun fəaliyyətinə qarşı izdihamlı etiraz aksiyaları da regionda siyasi dairələr və mediaların diqqətini cəlb edib.
İRNA-nın verdiyi məlumatına görə, Şimali İran- da Nardaran qəsəbəsinin sakinləri Sionist rejimin müdafiəsiz Qəzzə sakinlərinə qarşı törətdiyi cinayətlərə etiraz əlaməti olaraq 2-ci dəfə izdihamlı etiraz aksiyaları təşkil etmişdilər.
Əllərində təcavüzkar İsrail rejimini pisləyən plakatlar daşıyan aksiyaçılar Qəzzə sakinlərinə qarşı havadan və qurudan edilən hücumların güclənməsini, həmçinin bu rejimin əhaliyə içməli su və dərman preparatlarının çatdırılmasına imkan verməməsini xüsusilə də özlərini insan haqlarının tərəfdarı adlandıran tərəflərin bu cinayətlərlə bağlı sükut etmələrini pisləyiblər.
Özlərini insan haqlarının tərəfdarı adlandıran beynəlxalq təşkilatlar və ərəb dairələrinin Sionist rejimin 500-dən çox günahsız fələstinlini şəhid edib, 2500-dən artıq adamı yaralaması müqabilində sükut etməsi Nardaran qəsəbəsi sakinlərinin İsrail rejimi əleyhinə nifrət və hiddətini artıran digər amillərdən olmuşdur.
Aksiyada iştirak edən ağsaqqallar, habelə Bakı rəsmilərinin Sionist rejimin bu təcavüzkarlığı, xüsusilə də fələstinliləri qətliam etməsi qarşısında sükut etməsini də tənqid edərək vurğulayıblar: İslam Konfransı Təşkilatının üzvü olan Azərbaycan Respublikası müsəlman Qəzzə əhalisini himayə və qanunsuz İsrail rejimini pisləməklə bağlı şəffaf bir mövqe tutmalıdır.
İranın Mərkəzi İnformasiya Agentliyinin verdiyi məlumata görə, 3 saat davam edən bu etiraz aksiyasında bir bəyanat qəbul olundu və bəyanatda rəsmi Bakının Sionist rejimlə bütün əlaqələrini dondurması, xüsusilə də bu rejimin Bakıdakı səfirliyinin bağlanması istənilib.
Aksiyada habelə ABŞ ilə İsrail rejiminin bayraqları yandırılıb
Yeni Yaxın Şərq təvəllüdü
İİR-nin xarici işlər naziri Fələstinin Həmas təşkilatının Qəzzədəki qələbəsinin ardınca "Yeni Yaxın Şərqin" təvəllüdünü müjdə verib.
Mənuçehr Müttəki dünən gecə İİR-nin ikinci telekanalı ilə müsahibədə Qəzzə əhalisinin müqaviməti və qələbəsini araşdıraraq "Yeni Yaxın Şərq"-in yaranmasından daşınıb və deyib : Onun konstruksiyası amerikalılar tərəfindən həyata keçirilməyib , gənc , həqiqət ardınca olan və müqavimət xüsusiyyətinə malik Yaxın Şərqin rəhbərləri xalqı arxayınlayıblar . Müttəki İKT-nin fəallaşdırılması , ərəb ölkəsinin təşviqi və müxtəlif ölkələrin geniş iştirakı ilə Doha iclasının keçirilməsini İranın Qəzzə müharibəsini izləməsinin nəticələrindən adlandıraraq artırıb : Kəmp Deyviddən sonra Doha iclasının nəticələri kimi hərəkətlər İslam ölkələri arasında müşahidə edilməmişdi.
İİR-nin xarici işlər naziri İranın digər addımları kimi Cenevrədə fəaliyyət , İnsan Haqları Şurası tərəfindən qətnamənin çıxarılması və faktaraşdırıcı komitənin təşkilinin qəbuluna toxunaraq deyib : XİN-nin digər addımları , İstanbulda İslam Parlamentləri arası və Suriyada Asiya məclisləri üçlüyü iclasları daxil olmaqla İŞM-nin fəaliyyətləri ahəngdar olub.
Müttəki həmçinin ABŞ-ın seçilmiş prezidenti Barak Obamanın prezidentliyinin başlanılması barədə deyib : Əgər Obama əməldə Buşun siyasətlərini davam etdirsə, Yaxın Şərqdə Buşa verilən xalqının milli maraqlarına diqqət və onunla sadiq olmaqdır , hərçənd belə bir seçimə inam çətindir
İsrail Azərbaycan R(Şimali İran) -dakı
fəaliyyətini davam etdirir
Sionist rejimin Bakıdakı səfiri bildirib ki, bu rejimin Bakıdakı səfirliyi öz fəaliyyətini davam etdirir və rəsmi Bakı səfirliyinin təhlükəsizliyini təmin etmək istiqamətində xüsusi tədbirlərə əl atıb.
Artur Link Bakıda çıxan Azadlıq qəzetinə verdiyi müsahibədə habelə Sionist rejimin məzlum Fələstin xalqı və Həmasa qarşı puç yalan iddialarını təkrarlayıb.
Ötən həftə Bakinın bəzi informasiya vasitələri Sionist rejimin Qəzzədəki cinayətlərinə qarşı xalq etirazlarının qarşısını almaq məqsədilə bu rejimin Bakıdakı səfirliyinin fəaliyyətinin dayandırılması haqqında xəbərlər yaymışdılar
Sionist lobbilərin Obamaya göstərişləri
Vaşinqtondakı qüdrətli yəhudi lobbisi ABŞ-ın yeni seçilmiş prezidenti üçün yeni sərəncamlar verib. Bu göstərişlər İsrailin ABŞ-la xüsusi əlaqələrinin qorunub saxlanılması , İsrail əleyhinə olan İslam və ərəb ölkələrinə qarşı təzyiqlərin artırılması və ümumiyyətlə ABŞ-ın Yaxın Şərq və bütün dünya üzrə siyasətlərində İsrailin maraqlarının ön planda durmasından əminlik məqsədləri güdürlər.
Milli Təhlükəsizlik üzər yəhudi müəssisə "Cinsa" "Beynəlxalq Təhlükəsizlik Məsələləri" adlı jurnalında Amerikanın yeni prezidentinə göstərişləri dərc edib. Cinsanın banisi Stefan Brayan öz yoldaşları ilə birgə bir dəfə FBİ tərəfindən İsrail üçün casusluq üstündə ittiham edilib. ABŞ-ın Yaxın Şərq siyasətləri Amerikanın gələcək prezidenti İran , İraq və digər məsələlər haqda olan həmin jurnaldakı məqalələr göstərir ki , Cinsa Buşun dövründə ABŞ-ın xarici siyasətini yayındırıb , İraqa müharibə və İrana qarşı qalmaqalın davamını istəyib.
Cinsa Obamadan istəyib ki , Buşun siyasətlərini davam etdirsin . Amerika -İsrail Ümumi İşlər Komitəsi İPƏK adlı daxili islahatlar aparmaq üçün ərəb və İslam ölkələrinə qarşı iqtisadi-hərbi təzyiqlərdən istifadə sahəsində məşhurdur.
İPƏK jurnalının məqalələrində demokratiyadan söhbətlər çoxdur və işğal olunmuş Fələstin ətrafındakı ölkələrdən Qərb demokratiyasını həyata keçirmələrini istəyir. Lakin Fələstin xalqı işğal olunmuş Qəzzə zolağında Həmasa səs verərkən İPƏK və Sionist lobbi amilləri dərhal ABŞ-dan istədilər ki , Fələstinin seçilmiş dövlətini boykot etsin. Əlbəttə Həmas hazırda yalnız Qəzzəyə nəzarət edir və minimum indiyədək Fələstin ölkəsinin təşkili hərəkatını dayandırıbdır. Bu proses İPƏK və Sionist lobbilərin alqışı ilə üzləşdi, zia İsrail çoxdandır ki , ABŞ-ın siyasətlərini dəstəkləyir . İsrail öz ətrafındakı ölkələrdə hərc-mərclik tərəfdarıdır ki , onlar İsrailə hücum fürsəti tapmasınlar . ABŞ-ın İraqdakı məğlubiyyətindən sonra İsrail və onun Amerikadakı müttəfiqləri "İraq müharibəsi heç zaman başlamamalı idi" deməyə məcbur oldular . Əslində bu müharibənin səbəbkarları , İsrail və ABŞ-dakı sionist məmurlar olublar . İraqın ABŞ tərəfindən bölünməsi İsrailin milli təhlükəsizliyi üzər uzunmüddətli siyasətlərindən sayılır ki , İslam dünyasında parçalanma məqsədini güdür. Lakin İPƏK öz jurnalında belə təlqin etməyə çalışır ki , qadağan olunmuş silahlar İraqdan Suriyaya köçürülüb. Suriya İsrail ilə Amerikadakı lobbinin müharibə hədəfi ölkələri siyahısında durur. İPƏK habelə bildirib ki , İranın nüvə proqramının məhvi icbari bir məsələdir . ABŞ-ın Yəhudi Komitəsinin tabeliyində olan "Comentri" jurnalı da Obamaya buna oxşar göstərişlər verib. İndi görmək lazımdır ki , Obama əsl islahatlar aparmaq yoxsa Sionist lobbilərə söz verdiyi kimi İsrailin iş proqramlarını həyata keçirmək niyyətindədir
Oqtay Əsədov çıxılmaz vəziyyətdə
Spikerin Heydər Babayevlə qohumluğu onun üçün problemlərə səbəb olub
Hakimiyyətdə Milli Məclisin spikeri Oqtay Əsədova qarşı münasibət dəyişib. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, buna səbəb spikerin sabiq iqtisadi inkişaf naziri Heydər Babayevlə qohumluq əlaqələridir. Heydər Babayevlə kirvə olan Oqtay Əsədov artıq qohumuna görə ona da münasibətin dəyişdiyini hiss edir.
Mənbənin sözlərinə görə, Heydər Babayev vəzifəsindən çıxarılsa da, onunla bağlı məsələ hələ bitməyib: “Bu günlərdə Ilham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev Heydər Babayevin dövründə bir sıra cinayət əməllərinə yol verildiyini bildirdi. Nazir qeyd etdi ki, faktlar toplanaraq araşdırılması üçün prokurorluğa göndərilib. Əslində bu, Heydər Babayevə qarşı sanksiya kimi başa düşülməlidir. Hakimiyyətdə müəyyən qüvvələr var ki, Heydər Babayevin həbsinə nail olmaqla onun biznesini ələ keçirməyə çalışırlar. Ona görə də sabiq iqtisadi inkişaf nazirinin həbsi gözləniləndir. Bu halda təbii ki, spiker Oqtay Əsədov da sıxışdırılır. Onu da nəzərə almaq lazımdır ki, spiker Heydər Babayevi qohumu olduğu üçün həmişə müdafiə edib. Əlbəttə ki, bu da hakimiyyətdə yaxşı qəbul olunmayıb və spikerə qarşı münasibətin dəyişməsinə səbəb olub”.
Mənbənin sözlərinə görə, Oqtay Əsədovun indi iki yolu var. Ya o Məhərrəm Əliyevin yolunu getməlidir, ya da qohumundan imtina etməlidir. Xatırladaq ki, sabiq səhiyyə nazirinin qudası olan Bakı polisinin sabiq rəisi Məhərrəm Əliyev sona kimi qohumunu müdafiə etdi. Sonda onu da səfir adı ilə Tacikistana sürgünə göndərdilər. Vaxtilə Əli Insanovun süfrəsinin başında əyləşənlər, amma sabiq nazir həbs olunandan sonra ondan imtina edənlərə isə dəymədilər. Həmin şəxslər Əli Insanovu söyməklə bu gün də vəzifələrini qoruyub saxlayırlar. Görəsən, Oqtay Əsədov hansı yolu seçəcək?
Belə getsə, ölkə olacaq şahlıq, başında da şahənşah!”
Cavanşir Quliyev: «Bir nəfər üçün ölkənin Anayasasını dəyişməzlər»
“Hətta, zarafat edənlər də var ki, gərək referenduma bir məsələni də çıxardaydılar: ölkənin adının dəyişilməsini - Azərbaycan Respublikası yox, Azərbaycan Xanlığı!”
Hakimiyyətin atdığı son bir neçə addım həm ölkə ictimaiyyətini, həm də beynəlxalq qurumları hərəkətə gətirib. Istər konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı referenduma hazırlıq, istərsə də xarici radiostansiyaların milli tezliklərdə yayımına qoyulan qadağa qəti etirazla qarşılanıb. Belə bir ərəfədə ziyalıların, tanınmış şəxslərin fikirlərinə ehtiyac yaranır. Hazırda Bakıda məzuniyyətdə olan tanınmış bəstəkar Cavanşir Quliyevlə həm ölkədəki son hadisələr, həm də yaradıcılığı ilə bağlı söhbət etdik.
- Son vaxtlar ölkədə baş vermiş bir neçə hadisə demək olar ki, bütün beynəlxalq qurumların diqqətini Azərbaycana cəlb edib. Bunlardan biri ölkədə xarici radiostansiyaların yayımına qoyulan qadağadır. Siz bu hadisəni necə qiymətləndirirsiniz?
- Məncə, dünyanın diqqəti hazırda iki problemə cəlb olunub - maliyyə böhranına və Fələstindəki hadisələrə. Düşünürəm ki, Azərbaycanın daxili durumu bir neçə təşkilatı çıxmaq şərtilə, dünyanı bir o qədər də maraqlandırmır. Çünki bizim ictimai rəy xeyli passivləşib, elə bil ki, ümidini artıq hər şeydən üzüb və gözləmə mövqeyinə keçib. Dünya isə, məlumdur ki, ağlamayana süd vermir. Xarici radioları yerli tezliklərdən məhrum etmək qərarı gözlənilən hadisə idi - mən özüm-özümə tez-tez deyirdim ki, hakimiyyət bir qanun çıxarıb radioları bağlaya bilər və cəmiyyət, əsasən, susacaq. Sonra bu fikirləri başımdan qovurdum, özümü tənbeh edirdim ki, “oğrunun yadına daş salma”. Radiolar bağlansa, belə olacaq - cəmiyyətin müəyyən bir kəsimi, ən aktiv hissəsi başqa dalğalarda onlara dinləməyə, hər şeyə rəğmən, davam edəcək. Müasir düşünən, amma, tənbəl olanlar isə dinləməyəcəklər və yaxud az dinləyəcəklər. Passiv hissənin isə heç dinləmək imkanı belə olmayacaq. Beləliklə, Azərbaycanda operativ və dürüst informassiya əldə etmək bir az da çətinləşəcək. Bu da cəmiyyəti daha da passivləşdirəcək. Bütün bunlar, təbii ki, yaxşı şey deyil.
“Referendumla Azərbaycan hansı quruluşda yaşamaq istəyini bütün dünyaya bəyan edəcək”
- Başqa bir hadisə isə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətinin aradan qaldırılmasını nəzərdə tutan konstitusiya dəyişiklikliyinin həyata keçirilməsidir. Bu da beynəlxalq və ölkə ictimaiyyəti tərəfindən pislənilib. Bu məsələyə münasibətiniz necədir?
- Dəyişikliklər, bildiyimə görə, hələ qanuniləşməyib - referendum olacaq. Bu referendumla Azərbaycan cəmiyyəti hansə ictimai quruluşda yaşamaq istəyini bütün dünyaya bəyan edəcək. Ya dünyanın irəlidə gedən ölkələrinin - ABŞ, Ingiltərə, Fransa, Almaniya, Yaponiya, Italiya, Ispaniya, Avstraliya, Kanada - bu ölkələrin sırasına girəcək, ya da deyəcək ki, şəkililər demiş, “ay ağzozu yiyim, biz hayindi dala qayıdası oldux - Zimbabvenin, Belorusun, Özbəkistanın, Türkmənistanın, Iordaniya, Səüdiyyə Ərəbistanı, Uqandanın və digər belə ləyaxlı ölkələrin yanına!”.
Bir şeyi də istəyirəm, xüsusilə qeyd edim - bir nəfər üçün, nə qədər layiq olursa, olsun, ölkənin ana yasasını dəyişməzlər. Bu vərdişə keçəcək, hamı belə edəcək və irəlidə nə zamansa xalqın gününü daha da ağır və qarmaqarışıq edəcəyik.
“Konstitusiya dəyişiklikləri Qarabağı bizdən daha da uzaqlaşdıracaq”
- Bəziləri bu dəyişikliklərin Qarabağ üçün də təhlükə yaradacağını bildirir. Yəni Azərbaycanda avtoritar rejim möhkəmlənsə, Ermənistanın nüfuzu daha artacaq və münaqişənin həllində üstünlük onlara veriləcək. Bu fikirlə razısınız?
- Tamamilə razıyam. Baxın, Israil Fələstinə bomba yağdırır, uşaqları öldürür, demək olar ki, bütün dünya susur. Niyə? Çünki HAMAS avtoritar bir rejimdir, Israil isə demokratik. Siz görün, Israildə hakimiyyət necə dəyişilir - indiki baş nazir, bir növ, işdən getmiş sayılır, yerinə gələsi olan da bəllidir, amma bu Israilin siyasətinə heç cür təsir etmir. Çünki ölkədə ən böyük güc kiminsə iradəsi deyil, demokratik qanunlardır!
Güman etmək olar ki, konstitusiya dəyişiklikləri Qarabağı bizdən daha da uzaqlaşdıracaq.
- Dəyişikliklərin ölkəni monarxiyaya aparacağı ilə bağlı deyilən fikirlə razısınız?
- Bu cür şübhələr əsassız deyil. Indi hər yerdə millət bunu danışır. Hətta, zarafat edənlər də var. Deyirlər ki, gərək referenduma bir məsələni də çıxardaydılar: ölkənin adının dəyişilməsini - Azərbaycan Respublikası yox, Azərbaycan Xanlığı! Deyirlər ki, zamanında bizdə şahlıq olub, belə getsə, Bakı, Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Quba - bunlar tez bir zamanda xanlığa çevrilər, sonra isə ölkənin adı olar Azərbaycan şahlığı - başında da oturar şahinşah! Bax, bu cür lətifələr gəzir millətin içində.
“Güclü ictimai rəy olan ölkələrdə demokratiya zədələnmir”
- Bir müddət əvvəl Rüstəm Ibrəhimbəyovun təzyiqlərlə üzləşməsinə görə ziyalıların böyük bir qismi öz etiraz səsini ucaltdı. Hətta bu, ona qarşı hücuma keçənlərin bir qədər ger çəkilməsinə səbəb oldu. Sizcə, digər dövlət əhəmiyyətli, millətin taleyi baxımında vacib məsələlərdə bu cür birlik olarsa, əhəmiyyətli dəyişikliklərə nail olmaq mümkündürmü?
- Məlumdur ki, güclü ictimai rəy olan ölkələrdə demokratiya zədələnmir. Bu ictimai rəyi isə, əsasən, ziyalılar yaradır, xüsusilə də, məşhur ziyalılar. Bizim məşhur ziyalıların çoxu hakimiyyəti dəstəkləyir, ona görə də ictimai rəy belə zəifdir.
- Bu dəfə qeyd olunan məsələlərə münasibət kəskin olsa da, hələ bu, hakimiyyəti atmaq istədiyi addımlardan çəkindirməyib. Sizcə, buna səbəb nədir? Hakimiyyətin inadkarlığı, yoxsa müqavimətin zəifliyi?
- Mənə elə gəlir ki, indi bizdə hakimiyyət elə güclüdür ki, türklər demişkən, istədiyini yapar, heç bir müqavimətdən-zaddan da qorxub eləmir. Dünya isə bizə Gürcüstana baxdığı kimi baxmır. Biz müsəlman xalqıyıq. Dünya isə müsəlman xalqlardan, hətta, Türkiyədən belə xeyli çəkinir, özlərininki hesab etmir, demokratik quruluş üçün təyziq etmir.
“Televiziyalar bərbaddır”
- Bu yaxınlarda ölkə televiziyalarının ictimai əxlaqı pozması ilə bağlı məsələ qaldırıldı. Bəzi deputatlar da bu məsələ ilə bağlı çıxış etdilər. Sizin televiziyaların vəziyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Televiziyalar bərbaddır - bu sözsüz. Amma bunu deputatların deməsi, düzü, məni xeyli təəccübləndirdi. Çünki, indiki deputatların özlərinin seçilmə “üsulu”, yumşaq desək, haqqdan-ədalətdən, düzgünlükdən kifayət qədər uzaq olmuşdu - əksəriyyəti “yuxarının icazəsi” ilə seçdirilmişlərdir. Bir də ki, onlar televiziyalardan kimə şikayət edirlər - bəyəm tamaşaçının və ya oxucunun rəyi bu ölkədə nəyisə həll edir? Haqq-ədalət axtardıqları yer isə, möhtərəm deputatların oturduğu yerdən bir az aralı yerləşir, getsinlər ora - amma, ehtiyatlı olsunlar, çünki bizdəki televiziyaların rəhbərlərinin, demək olar ki, hamısı hakimiyyətin bəyəndiyi adamlardır. O üzdən, düşünürəm ki, “xalq təəsübkeşlərinin” istəkləri baş tutmayacaq.
“Cəmiyyətdən gizli işləri olmayan hakimiyyətin telekanala ehtiyacı olmur”
- Sizcə, televiziyalarla bağlı vəziyyəti necə dəyişmək olar?
- Bunun, məncə, bir yolu var - müstəqil telekanallar! Amerika kimi nəhəng bir ölkədə tam olaraq dövlətin himayəsində olan telekanal yoxdur. Çünki, cəmiyyətdən gizli işləri olmayan hakimiyyətin telekanala ehtiyacı olmur - o, sadəcə otürücü vasitə kimi qalır, hər cür siyasi təbliğatdan azad, ölkədəki hadisələri şərhsiz tamaşaçıya çatdırır, yəni, xəbər verir, vəssalam. Bizdə isə televiziyalar tərəflidir. Onun üçün də orda eybəcər şeylər baş verə bilir. Müstəqil kanal isə çalışacaq (ayrı yolu yoxdur) daha keyfiyyətli işləsin ki, yaşamaq üçün reklam cəlb edə bilsin, hansısa oliqarxın pulunun və zövqsüzlüyünün əsiri olmasın.
- Hazırda ölkədə mədəni mühit necədir?
- Həmişəki kimi.
- Bu vəziyyət Sizi qane edirmi?
- Yox, qane etmir.
- Əvvəlki illərə baxanda inkişaf, yoxsa geriləmə müşahidə edirsiniz?
- Suala birmənalı cavab vermək olmaz, cünki nəsə inkişafdadır, nəsə, əksinə, yox. Ətraflı analiz etdikdən sonra birmənalı rəy söyləmək olar. Bu da kifayət qədər zaman tələb edir.
- Yaradıcılıq fəaliyyətiniz nə yerdədir?
- “Oğuznamə” baletini - librettosu V.Ibrahimoğlunundur - bitirdim, səhnə həyatını gözləyirəm. Bu işlə prodüsser məşğul olur. Hazırda “Tufan” baletini yazıram - iki hissəli əsərin birinci hissəsinin sonuna yaxınlaşıram. Libretto müəllifi Alla Axundovadır. Eyni zamanda nəhəng bir proyektə girişmişəm - 12 tamaşalıq “Dədə Qorqut” meqa-baleti. Libretto müəllifi V.Ibrahimoğludur. Yəni, əsər tam hazır olduqda 12 axşam dalbadal 12 baletə baxılacaq. Məncə, bu, dünyanın ən uzun səhnə əsəri ola bilər. Iş çoxdur və kifayyət qədər ağırdır, onun üçün durmadan işləyirəm, artıq ilk iki baletin eskizləri hazırdır. Arada, başqa musiqi də
Əbədi hakimiyyət mühərriki
Gözlənilən sürprizlər daha dəhşətli ola bilər
Beynəlxalq vəziyyət çox gərgindir. Dünyada qlobal iqtisadi böhran ağır addımlarla irəliləyir; bu yarışın sonu görünmür; nüfuzlu beynəlxalq təsisatlar bu problemin müzakirəsi ilə məşğuldurlar.
Bu azmış, Israil Fələstinlilərlə yeni hərbi anlaşılmazlıq müstəvisinə girib. Minlərlə tələfat var. Bütün iri dövlətlər və nüfuzlu beynəlxalq təsisatlar bu problemin də müzakirəsi ilə məşğuldur. Bapbalaca Israil dövlətinin çox nəhəng beynəlxalq şəbəkələrə təsir imkanlarının olduğu sirr deyil və buna görədir ki, Israil-Fələstin münaqişəsi iqtisadi böhran qədər siyasi böhran törədir.
Hətta sakit və soyuqqanlılığı ilə seçilən Pribaltlar da öz ölkələrində qalmaqal yaradıblar. Doğrudur, Rusiya ilə Ukrayna, üstəgəl Avropa arasında qaz müharibəsi Pribaltların səsini batırır, amma “qaz müharibəsi” də dünyanın iqtisadi-siyasi böhran xəritəsində sanballı gərginlikdədir.
Belə qarmaqarışıq vəziyyətdə baki hökumətinin yaratdığı problemlər kiminsə eyninə gələrmi? Əlbəttə yox. Daha iri, daha gərgin problemlər dünyanın gündəmini zəbt edib. Və əlbəttə söhbət ondan getmir ki, münaqişələrin əlində gicələk qalan dünya siyasəti Azərbaycan dövlətinin Dağlıq Qarabağ separatçılarını cəzalandırmaq planı ilə üzbəüz qalıb (hərçənd, belə bir şəraitdə belə bir planın icrasına baş vurmaq çiy görünməzdi).
baki hökuməti dünyanın siyasi gündəmindən gizlədə biləcəyi addımlar atır: “Azad Avropa”, “Amerikanın səsi”, “Bi-Bi-Si” qapanır, baki prezidentinin permanent seçilməsi üçün patriarxal hüquqi norma müəyyən edilir.
Indi Amerika öz “səsinin” Azərbaycan (Şimali İran)- da yenidən yayılması ilə yox, Israilin səsinin batmaması kimi mühüm problemlə məşğuldur. Dünya hətta böyük sensasiya kimi dəyərləndirilən son ABŞ prezidenti seçkilərinin məntiqi nəticəsində - Barak Obamanın prezidentlik fəaliyyətinin başlanmasında da maraqlı görünmür. Burada, coğrafiyanın sonundakı Azərbaycan(Şimali İran) adlı bir ölkədə prezidentin iki və ya on dəfə seçiləcəyi indi kimsəni narahat etmir. Elə Azərbaycanın içində də vəziyyət belədir. Nardaranlılar ABŞ-a, Israilə və bu müstəvidə heç cür anlaşılmayan şəkildə - Sabir Rüstəmxanlıya ölüm hökmü çıxarırlar; hökumətə ultimatum verirlər ki, əgər Israil səfiri Azərbaycandan qovulmasa onlar Bakıya yürüş edəcəklər. (Bu, əlbəttə, dünyanın siyasi mənzərəsinə perodik bir əlavə kimi də daxil edilə bilər).
Uğurlu vaxt
Həqiqət budur ki, baki hökuməti öz radikal siyasi planlarını (söhbət təbii ki, neomonarxiyanın bərkidilməsindən gedir) həyata keçirmək üçün bundan uğurlu vaxt tapa bilməzdi.
Cikini... bikini...
Deməli, konstitusiya dəyişikliyi yalnız bir məqsədi: - “əbədi hakimiyyət mühərriki” yaratmağı nəzərdə tutur. Bu da başqa məsələdir ki, bu, tarixin dialektikasına ziddir. Və zatən baki hakimiyyəti nə dialektika tanıyır, nə məntiq, nə də hansısa sosial zərurət. “Əbədi hakimiyyət mühərriki” isə mövcud imtiyazların, komfortun, hədsiz var-dövlətin qorunub saxlanması üçün gərəkdir.
Əlbəttə, YAP-ın cəmiyyətə sırımaq istədiyi illogikal (məntiqsiz) “sillogizm” başqa tapmacanı təlqin edir: Ilham Əliyev gəncdir, hələ işləmək üçün böyük potensialı və planları var və onun prezident seçilmək hüququnu məhdudlaşdıran bütün qanunlara “bir qoz”. Bu gülməli tezisin beş il, on il sonrakı formaları haqqında nə düşünmək olar? On il sonra bu nimdaş tezis bu şəklə düşəcək: Ilham Əliyev bu ölkənin cikini-bikini bilir, böyük təcrübə qazanıb və ondan qeyrisinin prezident olması yolverilməzdir. Üstəlik, Dağlıq Qarabağ problemi kimi bir məsələ var...
Bəlkə, kimlərsə belə güman edir ki, on il, on beş il sonra Dağlıq Qarabağ problemi həll olunacaq, mən düşünmürəm. Bu qənaəti isə mənə həmin YAP-ın təbliğat maşını verir. Bircə epizodu xatırlatmaq yerinə düşər: Bu yaxınlarda belə məlum oldu ki, ruslar Ermənistana 800 milyon dollar dəyərində hərbi mükəlləfat, silah-sursat bağışlayıb.Baki hökumətinin təbliğat maşını bu fakta belə reaksiya verdi: “Tələsməyin, 2016-cı ildə Azərbaycanda hərbi zavod tikiləcək və biz bu raketlərdən istehsal edəcəyik”. Qorxaq ölkə diplomatiyası Rusiyaya etiraz etməyə, Cənubi Qafqazda qüvvələr nisbətini pozan, hərbi siyasi gərginliyin artırılmasına xidmət edən addımları pisləməyə cəsarət etmədi. Bu cəsarət qıtlığını biz Rusiyanın Gürcüstana hücum günlərində də müşahidə etdik. Amma bu cəsarət qıtlığı Konstitusiya Məhkəməsinin qarşısında etiraz piketi keçirənləri dağıtmaq lazım gələndə bir an içində yoxa çıxdı və Azərbaycan hökuməti şiri-nərə döndü. Və maraqlıdır ki, “Əbədi prezident” maddəsi Konstitusiya Məhkəməsində polis mühasirəsində qəbul edildi. Şübhəsiz, bu fakt tarixə köçdü.
Radio(aktiv) əməliyyatlar
YAP ideoloqları müxtəlif şərhlər verə bilərlər. Amma, bu şərhlərin hamısı siyasi demoqogiyadan başqa bir şey deyil. Fakt budur ki, “əbədi prezidentlik maddəsi” Azərbaycanın(Şimali İran) qaragüruhçu hakimiyyətinə mühüm bir məqsəd üçün lazımdır: 15 illik qanunsuz hakimiyyət dövründə əldə edilmiş qanunsuz sərvətləri qoruyub saxlamaq, ümumdünya miqyaslı qara kommersiyanın tərkib hissəsinə, mümkün olsa, aparıcı elementlərinə çevriləcək. Sonra,.. sonra,..
“Sonra”lar çox şey ola bilər. Amma bu prosesin gedişində mütəşəkkil bir inzibati-maliyyə qruplaşmasının mənafeyi naminə Azərbaycan əhalisinin maraqları zorlanır və bu proses davam edir.
Bəlkə də detallaşdırmaq lazım deyil - amma axı, deyəsən hamıya aydın deyil ki, Azərbaycanda siyasi hakimiyyət və maliyyə inhisarları arasında tam bərabərlik işarəsi vardır. Azərbaycanın qara milyonerlərinin hamısı siyasi hakimiyyətin təmsilçiləridir. Bu inhisarlar Azərbaycan dövlətindən qat-qat varlı və hətta bir çox təsir imkanlarına görə qat-qat güclü şəbəkə yaradıblar. Bunu müqayisə etmək qətiyyən çətin deyil.
Azərbaycan dövlətinin qarşısında bir sıra mühüm vəzifələr dayanır:
- Dağlıq Qarabağ probleminin, - ölkənin ərazi bütövlüyünün tam həlli;
- Ölkənin təbii enerji ehtiyatlarının gəliri hesabına qeyri-neft sektorunu inkişaf etdirmək və iqtisadiyyatın neftdən asılılığını ləğv etmək;
- Azad bazar iqtisadiyyatını bərqərar etmək; demokratiyanı ictimai institutlaşma mexanizmi kimi dərinləşdirmək, bununla da Qərb Cəmiyyətinin tərkib hissəsinə çevrilmək;
- Təhsil və səhiyyəni milli təhlükəsizliyin dərk olunan parçası kimi qəbul etmək və onları ən müasir standartlara uyğunlaşdırmaqla inkişaf etdirmək;
Bu mühüm, strateji məqsədlərin heç biri “yerindən tərpənmir”. Amma Baki dövlətindən daha güclü olan Azərbaycan monopolistləri öz merkantil maraqları naminə bir çox problemləri həll ediblər:
- Strukturlaşmış inhisar şəbəkələri ən müasir maliyyə mexanizmləri kimi çalışır;
- Inhisarların maraqları ilə toqquşan bütün alternativ iqtisadi təşəbbüsləri bir andaca məhv etmək üçün nəhəng təzyiq mexanizmləri mövcuddur və bu mexanizmlər dövlət adı ilə işləyir;
- Ölkənin maliyyə iqtisadi potensialı çox dəqiq şəkildə maraq sektorlarına bölünüb;
- Nəhayət, ölkəni mənimsəmək üçün zəruri olan əlavə faktor - “əbədi siyasi hakimiyyət” amili yaradılır və indiki Konstitusiya əməliyyatı da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Və bu proses davam edir.
Növbəti mərhələlərdə bu prosesin daha ağır sosial-siyasi görsənişləri olacaq. Bütün enerjisini və planlarını ölkəni mənimsəməyə, özününküləşdirməyə sərf edən institutlaşmış mafiya Azərbaycan(Şimali İran )-da başqa cür düşünənlərin, başqa cür düşünmək üçün örnək olan bütün görsənişlərin məhv edilməsi kampaniyasını genişləndirəcək. Təsadüfi deyil ki, məsələn, hüquq müdafiəçisi Leyla Yunus məhkəməyə çəkilir. Alternativ mətbuat bir ictimai struktur kimi sıradan çıxarıldığı (“radio əməliyyatı” da buraya daxildir) üçün növbəti əməliyyat bu zümrəyə yönəlməlidir. Sonra alternativ siyasi institutlar sıradan çıxarılmalı, siyasi alternativlər bütün mümkün vasitələrlə məhv edilməlidir.
Inzibati terror
Başqa sözlə desək, gözlənilən mart referendumundan sonra Şimali İran- da inzibati terrorun yeni mərhələsi başlayacaq.
Və yeri gəlmişkən, Şimali İran- da demokratiyanın mövcudluğunu istəyən bütün ictimai institutlar və şəxslər artıq həyəcan təbilini çalmağa başlamalıdırlar. Bu, bir beynəlxalq kampaniya xarakteri də daşıya bilər. Azərbaycan(Şimali İran) öz ampluasında yeganə ölkə deyil. Inzibati terrorla məşğul olan rejimlərin siyahısı o qədər də kiçik deyil və bu siyahı dünya demokratiyasını narahat etməlidir. Fakt budur ki, siyasi məhbusların mövcudluğu inzibati terrorun nəticəsidir. Belə rejimlərin öz davranışlarına uyğun şəkildə qiymətləndirilməsi silahlı terrorçularla mübarizə qədər əhəmiyyətlidir. Bəlkə, belə deyil?!
Ilham Əliyevin sexi
Şahvələd Çobanoğlu
Ilham Əliyev yenə dünyaya meydan oxudu - heç kim bizim daxili işlərimizə qarışa bilməz! Indi adam Azərbaycanın xəritəsini qabağına qoyub fikrə gedir ki, axı kimdir bizim daxili işlərimizə qarışan? Xəritəmizi deməyimin xüsusi mənası var, çünki bizim daxili işlərimizə açıq şəkildə qarışanların nəzarətimizdən çıxardığı torpaqlar bu xəritədə tam aydınlığı ilə görünür. Ilk öncə meydan oxunmalı olanlar ermənilərdir ki, onların ünvanına heç nə deyilmədi.
Başqa kimdir bizim daxili işlərə qarışanlar? Onların maraqları nədir? Kimə lazımdır bizim ölkədəki sosial vəziyyət, polisin insanlara münasibəti, əhalinin gəlirləri, körpü tikib-tikməməyimiz? Özlüyündə bu, heç kimi maraqlandırmır.
Amma sirr deyil ki, Ilham Əliyev “daxili işlər” deyəndə nəyi nəzərdə tutur. Onun nəzərində daxili işlərə qarışanlar bizim ölkədə insan haqları və demokratiya tələbləri ilə çıxış edənlərdir. Şimali İran -da islahat, demokratiya, ədalətli seçki tələb edənlər onun nəzərində ölkəmizin daxili işlərinə qarışır və bu, qəbul edilməzdir. Əslində, Ilham Əliyev bir daha həmin qüvvələrə mesaj verdi ki, onların bu tələbləri mənasızdır və baki hakimiyyəti həmin tələbləri nəzərə almaq fikrində deyil.
Bilirəm ki, burada demokratiya və insan haqlarının heç bir ölkənin daxili işi olmaması fikrini xatırlamağımın qətiyyən yeri yoxdur. Onsuz da bizim ölkədə həmin cümlənin bir dollarlıq qiyməti olmayacaq. Azərbaycan hakimiyyəti üçün əsas olan bu ölkəni şəxsi sex kimi idarə etməkdir. Sexin işlərinə isə heç kim qarışa bilməz. Onun mülkiyyət toxunulmazlığı var ki, Ilham Əliyevin dediyi də budur.
Aydındır ki, xarici güclər Azərbaycanın onların çaldığı hava ilə oynamasını istəyərlər, lakin bu, ölkənin xarici işlərinə aiddir. Tutaq ki, ölkəmizin NATO-ya üzv olub-olmaması məsələsi. Biri bunu istəyir, digəri isə yox. Şimali İranimizin daxili işləri bunlardırmı?
Hesab edək ki, biz NATO-ya inteqrasiya yolunu tutmuruq, bəs ölkədəki rüşvət sistemi niyə dayanmır? Hesab edək ki, bizim Rusiya ilə dostluğa üstünlük verməyimiz daha yaxşıdır, bəs ölkədə insan haqlarının tapdanmasının qarşısı niyə alınmır? Hesab edək ki, bizim balanslı xarici siyasətimiz doğrudan tərifə layiqdir, bəs onda ölkə niyə talan edilir? “Daxili işimizdir” deyib, səsi çıxmayan xalqın başında qoz qırmağın harası yaxşıdır? Nəyi yaxşıdır?
Xarici siyasətimizə gəldikdə isə, bu haqda danışmağa yer qalmır. Balanslı xarici siyasətin gerçək fakturası bu günlərdə Rusiyanın Ermənistana silah verməsi ilə üzə çıxdı. Pozulan balans xarici siyasətimizin uğursuzluğunu tam göstərdi. Rusiya balansı niyə gözləmədi?!
Bəs nədir bizim əldə etdiyimiz? Talan və yalanmı?
olkənın daxilindəki durumun beynəlxalq təşkilatların hesabatlarında tənqid edilməsi yalnız Azərbaycanın xeyrinədir. Bundan bizə yalnız fayda var. Bundan ziyan isə yalnız bakini idarə edənlərə dəyə bilər. Dünya maraqlar dünyasıdır, amma artıq mütərəqqiləşməni, demokratiyanı tələb etmək bəşəriyyət üçün bir ənənəyə çevrilib. Kimsə bunu inkar edə bilməz, kimsə bunun qarşısını ala bilməz. Bunu ölkələrin daxili işinə qarışmaq kimi yozan hər kəs öz xalqına və bəşəriyyətə qarşı çıxmasını nümayiş etdirir.
Bir də ki, hər şeyi Azərbaycan xalqı gözəl bilir. Ola bilsin, kimlərsə çəkinib demir, kimlərsə xain çıxıb etiraf etmir, amma bu yolun sonunda uğur yoxdur.
Hakimiyyətin ömrü...
Rövşən Hacıbəyli
Ötən il heç də özündən əvvəlkilərdən fərqlənmədi. Beynəlxalq təşkilatlar bu ilə qiymət verərkən Azərbaycan yenə də azad olmayan ölkələr sırasına düşüb. Bizi o sıraya yazanları yox, ora aparıb çıxaranları məhşər ayağına çəkmək gərəkdir. Niyəsini soruşmaq jurnalistlərin işidir. Kimdən? hə, bu, bir qədər qəliz məsələdir.
Jurnalistlər işlədikləri qəzetə uyğun müsahib - respondentdə demək olar, seçirlər. Ona görə də beynəlxalq təşkilatların hesabatlarına yerli ekspertlərin rəyini öyrənmək istəyəndə gərəkdir ki, bir neçə qəzetə baxasan. Tam təsəvvür yaranması üçün. Amma elə qəzetlər də var ki, heç baxmasan da olar. Yəni bu qəzetdə çalışanların kimi seçəcəyini, onun hansı suala necə cavab verəcəyini qabaqcadan bildiyindən gözünü əlavə əziyyətə salmağa dəyməz.
Məsələ ondadır ki, bəzi jurnalistlər oxucuları əziyyətə salır, açığı məqsədi başa düşmürsən, düzdür, ağlına min cür fikir gəlir, amma azərbaycanlı jurnalistləri yaxşı tanıdığından başqa xəyaldan əl çəkməli olursan.
Xarici radioların bağlanması məsələsi hələ də dartışdırılır. Dünyanın hər yerindən bəyanatlar gəlir. Istər xaricilər, istərsə də çeşidli səbəblərdən Azərbaycanı tərk edib başqa ölkələrdə sığınacaq tapan soydaşlarımız etiraz səslərini ucaldırlar. Eşidən olmasa da...
YAP-ın sözdeyənlərindən Siyavuş Novruzov qəzetlərdən birinə müsahibə verib xarici radiolar bağlanarkən Azərbaycanın maraqlarından çıxış etdiklərini deyib. Bu müsahibədən belə çıxır ki, xarici radioları YAP bağlayıb. Nuşirəvan Məhərrəmli sadəcə vasitəçi rolunu oynayıb. Adam inanmaq istəmir, daim demokratiyadan, demokratik dəyərlərdən danışan, konstitusiya dəyişikliklərini referenduma çıxaranda da yalnız xalqı düşünən, onun seçim hüququ qayğısına qalan, insan haqlarına hörmətlə yanaşan YAP birdən-birə belə mürtəce qərar versin. Həm də ona görə inanmaq istəmir ki, Nişirəvan müəllimin rəhbərlik etdiyi təşkilat heç kimdən asılı olmayan müstəqil qurumdur.
“Azərbaycanın maraqlarından çıxış etmişik” məsələsini bəzi politoloqlar başqa yerə yozurlar. Onların qənaətinə görə, YAP-çılar partiya maraqlarından uzağa gedə bilməyiblər. Məgər Nuşirəvan müəllim belə şeylərin fərqinə varmır? Inanmıram. Göstəriş gəlməsi o demək deyil ki, ona kor-koranə əməl edəsən.
Qalırsan məəttəl, politoloqlar da elə-belə adamlar deyil, dedikləri sözə qiymət verirlər, eyni zamanda iqtidar partiyası təmsilçilərinin də Azərbaycan maraqlarından kənara çıxmasına inanmıram. Amma Azərbaycan deyəndə nəyin nəzərdə tutulduğunun araşdırılmasına ehtiyac var. Adam var ki, ancaq ailəsini düşünür, bütün çalışması, vuruşması ona yönəlib, amma əlinə mikrofon, tribuna keçən kimi xalq, millət dilindən düşmür. Bəzən elə də olub ki, xalq bütün bunlara inanıb, özünü on illərlə geri salıb. Yaxın tarixdə bu acı təcrübəni yaşamışıq, yaşamaqdayıq da demək olar...
YAP iqtidarının Azərbaycanın adını hər il cəmi millətlər içində “uca” etməsi, yayılan hesabatlardan bəllidir...
Müsavat başqanının öz qəzetində dünən başlığa çıxarılmış fikri ümidlərimizi xeyli artırıb. Referenduma qarşı mübarizə üçün toplaşan tərəfdarlarına Isa Qəmbər ilginc məlumat verib: “Hakimiyyətin ömrünün çoxu gedib, azı qalıb”. Tədbirdə bu fikrin alqışlanıb-alqışlanmadığını bilmirəm, amma qəzeti oxuyanların gözlərindəki sevinc qığılcımı diqqətimdən yayınmadı...
Başqaları kimi mənim də ömrümün çoxu bu hakimiyyətlə keçib, xeyli kədərləndim, deməli, azı qalıb...
Milli Bankda oğurluq faktı ilə bağlı 3 nəfər yaxalanıb
Ötən il oktyabrın əvvəllərində Azərbaycan Respublikası Milli Bankdan 3 milyon manatın itməsi faktına görə 3 nəfər yaxalanıb.
Bu xəbər "Yeni Müsavat" qəzetinə Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olub. Hələ dəqiq məlumat verilmir.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir neçə gün əvvəl Yasamal rayonu ərazisində əməliyyat keçirərək Ərşad Cəlilov adlı şəxsi yaxalayıb. Həmin şəxs Milli Bankın işçisi olub. Ondan başqa daha iki nəfər tutulub. Bu şəxslərin həbsindən əvvəl onlar işdən çıxarılıblar. Onların üçünün də 3 milyon manat müəmmasına bağlı odluğu deyilir